BolgeXeber.Com » Siyasət » “Ukrayna iki ilə Rusiya qazından xilas olacaq...”

“Ukrayna iki ilə Rusiya qazından xilas olacaq...”

20-01-2015, 11:40
Oxunub: 3 807 “Ukrayna iki ilə Rusiya qazından xilas olacaq...”Ukrayna iki ilə Rusiya qazının idxalından asılılığını ləğv edə biləcək

Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Sürix Universitetində çıxışı zamanlı deyib.

“Ukrayna Rusiyadan ildə 70 milyard kub metr qaz idxal edirdi, indi isə bu rəqəm 40 milyard kub metrdir. İki ildən sonra bizə Rusiya qazı ümumiyyətlə, lazım olmayacaq”, - deyə prezident qeyd edib.

Bildirilir ki, 2014-cü ildə Rusiyadan qaz idxalı 2013-cü illə müqayisədə 44% - 14,5 milyard kub metrədək azalıb, Avropa Birliyindən isə iki dəfə artaraq 5,1 milyard kub metrə atıb.
Bolgexeber.com