BolgeXeber.Com » Siyasət » Poroşenko Minsk danışıqlarının nəticəsini açıqladı: “Yaxşı xəbər yoxdur”

Poroşenko Minsk danışıqlarının nəticəsini açıqladı: “Yaxşı xəbər yoxdur”

12-02-2015, 12:15
Oxunub: 3 947 Poroşenko Minsk danışıqlarının nəticəsini açıqladı: “Yaxşı xəbər yoxdur”Poroşenkonun açıqlaması rublu öldürdü

Ukrayna Prezidenti Pyotr Poroşenko Minskdə “Normand dördlüyü”nün başa çatan görüşü barədə açıqlama verib. Poroşenko görüşlə bağlı hələ yaxşı xəbərlərin olmadığını deyib. Prezident Rusiya tərəfinin qəbuledilməz şərtlər irəli sürdüyünü açıqlayıb.Pyotr Poroşenkonun Minskdə verdiyi açıqlamasından sonra Moskva birjasında dollar və avro yenidən bahalaşıb. Axar.az xəbər verir ki, dolların kursu 1.19 rubl bahalaşaraq 66.44 rubl təşkil edib. Avro isə 1.33 rubl bahalaşaraq 75.29 rubla satılıb. Bu gün səhər Moskva fond birjasının açılışı zamanı dollar ucuzlaşaraq 65 rubl, avro isə 73.67 olmuşdu.
Bolgexeber.com