BolgeXeber.Com » İdman » Avroliqa həyəcanı başlayır

Avroliqa həyəcanı başlayır

19-02-2015, 22:01
Oxunub: 4 144 Avroliqa həyəcanı başlayırAğdam klubunun digər rəqibi "Dnepr" isə "Olimpiakos"u qəbul edəcək

Çempionlar Liqasının ardınca Avropa Liqasında da fasilə başa çatır və mübarizə yenidən başlayır. Bu gecə turnirin 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

Türkiyənin "Trabzonspor" klubu İtaliya "Napoli"sini qəbul edəcək. "Beşiktaş" isə İngiltərədə "Liverpul"un qonağı olacaq.

Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "İnter" səfərdə "Seltik"lə qarşılaşacaq. Ağdam klubunun digər rəqiöbi "Dnepr" isə "Olimpiakos"u qəbul edəcək.

Avropa Liqası
1/16 final
İlk oyunlar

19 fevral
22.00 Olborq (Danimarka) - Brügge (Belçika)
22.00 Roma (İtaliya) - Feyenoord (Hollandiya)
22.00 Dnepr (Ukrayna) - Olimpiakos (Yunanıstan)
22.00 PSV (Hollandiya) - Zenit (Rusiya)
22.00 Torino (İtaliya) - Atletik (İspaniya)
22.00 Trabzonspor (Türkiyə) - Napoli (İtaliya)
22.00 Volfsburq (Almaniya) - Sportinq (Portuqaliya)
22.00 Yanq Boyz (İsveçrə) - Everton (İngiltərə)
00.05 Ayaks (Hollandiya) - Legiya (Polşa)
00.05 Anderlext (Belçika) - Dinamo M (Rusiya)
00.05 Seltik (Şotlandiya) - İnter (İtaliya)
00.05 Genqam (Fransa) - Dinamo (Ukrayna)
00.05 Liverpul (İngiltərə) - Beşiktaş (Türkiyə)
00.05 Sevilya (İspaniya) - Borussiya M (Almaniya)
00.05 Tottenhem (İngiltərə) - Fiorentina (İtaliya)
00.05 Vilyarreal (İspaniya) - Zalsburq (Avstriya)