Bakıda baş vermiş zorlama faktı ilə bağlı rəsmi AÇIQLAMA
20-02-2015, 16:28
Oxunub: 4 775
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda baş vermiş zorlama faktı ilə bağlı məlumat yayıb. Prokurorluqdan Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, fevralın 15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında “VAZ 2107” markalı 10-DR-825 dövlət qeydiyyat nişanlı avtomobildə olan hələlik şəxsiyyətləri istintaqa məlum olmayan iki şəxsin Sənubərə (ad şərtidir) qarşı onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə avtomobilə əyləşdirib bıçaqla hədələməklə pulunu alması, daha sonra onunla zorla cinsi əlaqədə olmaları faktına görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər