BolgeXeber.Com » Dünya » Türkiyədə kreditlə işləyən fahişəxanada azərbaycanlılar tutuldu

Türkiyədə kreditlə işləyən fahişəxanada azərbaycanlılar tutuldu

27-02-2015, 10:31
Oxunub: 3 169 Türkiyədə kreditlə işləyən fahişəxanada azərbaycanlılar tutulduAxtarış zamanı borc sənədləri və pasportlar tapılıb

Türkiyənin Denizli şəhərində qadınları fahişləiyə cəlb edən 7 nəfər saxlanılıb.

BOLGEXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Denizli bölgə polisləri Pamukkale bölgəsinə bağlı Karahayıt məhəlləsində əməliyyat həyata keçiriblər. Eyni vaxtda 25 ünvana basqın edilib, Azərbaycan, Gürcüstan, Rusiya və Türkmənistan vətəndaşlarından ibarət 28 qadın saxlanılıb. Müstərilərdən xidmət pulunu kredit kartı ilə qəbul edən 7 nəfər tutulub.

Axtarış zamanı 3 sənədsiz tapança, 8 od tüfəngi , borc sənədləri və pasportlar tapılıb. Xarici ölkə vətəndaşları Türkiyədən uzaqlaşdırılacağı, digər 7 nəfərə cinayət işi açılaçağını bildiriblər.
BOLGEXEBER.COM