BolgeXeber.Com » Dünya » Türkiyədə ərə gedən azərbaycanlı qadının dramı - (Video)

Türkiyədə ərə gedən azərbaycanlı qadının dramı - (Video)

3-03-2015, 03:27
Oxunub: 3 266 Türkiyədə ərə gedən azərbaycanlı qadının dramı - (Video)Azərbaycanlı qadın Türkiyədə iki uşağı ilə acınacaqlı vəziyyətdə yaşayır

Virtualaz.org saytı xəbər verir ki, Türkiyənin Kayseri şəhərində yaşayan Validə Həsənova iki uşağı ilə çarəsiz vəziyyətdə qalıb. Evləri qəzalı vəziyyətdə olan azərbaycanlı qadın imkanlı şəxslərdən və aidiyyəti qurumlardan kömək gözləyir.

34 yaşlı Validə Həsənova 2010-cu ildə Türkiyənin Kayseri şəhərinə turist kimi gedibmiş. Orada 35 yaşlı Zəki Əjdərlə tanış olub və bir müddət onunla birgə yaşayıb. Onlar daha sonra ailə həyatı qurublar. Onların hazırda Zeynəl Emin adlı 3 yaşlı oğlu və Zeynəb adlı 2 yaşlı qızı var.

V.Həsənovun əri hazırda yataq xəstəsidir. Onlar ərinin valideynlərindən miras qalan uçuq daxmada yaşayırlar. Yağan qar və yağış evi qəzalı vəziyyətə salıb. Hazırda evin uçma təhlükəsi var.

Ölkə prezidentindən, baş nazirdən, dövlət qurumlarından və imkanlı şəxslərdən kömək gözləyən Validə Həsənova evdə qorxu içində yaşamaqlarını və düşdükləri vəziyyəti belə izah edib: “Yağış yağanda su evə dolur. Soyuqdan uşaqlar yata bilmir. Uşağımın ayağını siçovul dişləyib. Çıxılmaz vəziyyətdə qalmışıq. Mən Azərbaycan vətəndaşı olaraq bu yaşayışımdan utanıram. Bizə kömək edin. Bizi bu ağır həyatdan qurtarın. Yemək bişirməyə mətbəximiz yoxdur. Yalvarıram sizə, səsimizə səs verin”.
Bolgexeber.com

Kayseri'de gözü yaşlı annenin yardım çığlığı by Sozcu