BolgeXeber.Com » Sosial » Bakıdan Sumqayıta 40 dəqiqəyə getmək mümkün olacaq-VİDEO

Bakıdan Sumqayıta 40 dəqiqəyə getmək mümkün olacaq-VİDEO

3-03-2015, 03:36
Oxunub: 3 899 Bakıdan Sumqayıta 40 dəqiqəyə getmək mümkün olacaq-VİDEOBakı - Sumqayıt dəmiryol xətti yenilənir

Yəqin ki, çoxlarının yadına düşər: Əvvəllər Bakıdan Sumqayıta elektrik qatarı işləyirdi və sərnişinlərin əksəriyyəti də məhz bu nəqliyyat vasitəsindən istifadə edirdi.Sabahdan etibarən isə Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmiryol xəttinin əsaslı təmirinə başlanılır.Rekonstruksiya işləri başa çatdıqdan sonra bu xətt yenidən sərnişinlərin ən çox istifadə etdikləri vasitələrdən biri olacaq.

Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti yenilənəcək.Yenidənqurma işləri iki şəhər arasındakı sərnişindaşımanı yüngülləşdirəcək.

Təmir işlərinə Güzdək stansiyasından başlanacaq.Rekonstruksiya işləri ümumilikdə Bakı stansiyasından başlamaqla Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt stansiyalarını əhatə edəcək.

Dəmiryol xətlərinin əsaslı təmir olunması hər gün Sumqayıt-Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişinlər tərəfindən də müsbət qarşılanır.

Dəmiryol xətlərində əsaslı təmir işlərinin 3 ay ərzində yekunlaşdırılması nəzərdə tutulub.