BolgeXeber.Com » Bölgə » Səttar Mehbalıyevin adamı Sumqayıtda narazılıq yaradır - Şikayət var...

Səttar Mehbalıyevin adamı Sumqayıtda narazılıq yaradır - Şikayət var...

4-03-2015, 17:27
Oxunub: 2 782 Səttar Mehbalıyevin adamı Sumqayıtda narazılıq yaradır - Şikayət var...Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapır

Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev eyni zamanda həm də Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHİK) sədri vəzifəsini daşıyır. Bu isə S.Mehbalıyevə böyük məbləğlərdə maliyyə vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunan bir çox irimiqyaslı maxinasiyalarn həyata keçirilməsi üçün olduqca əlverişli şərait yaradır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən sahələrarası birliklərin könüllü ittifaqıdır. AHİK 26 sahədə 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayı təxminən – 1600000 nəfərdir. Təsəvvür edin ki, təkcə 1600000 nəfərdən hər ay tutulan minimum 2 manat üzvülük haqqından bir il ərzində yığılan məbləğ 38 milyon 400 min manat təşkil edir. Həm də nəzərə alaq ki, bu məbləğ yalnız minimal üzvlük haqlarının hesablanması nəticəsində ortaya çıxır. Reallıqda isə həmin məbləğin 2-3 dəfə daha artıq olması tamamilə mümkündür. Digər tərəfdən isə buraya “Kurort” Səhmdar Cəmiyyətindən əldə olunan milyonları, bildiyimiz və bilmədiyimiz digər maliyyə qaynaqlarından gələn gəlirləri də əlavə etsək daha müdhiş bir mənzərə yaranar. Bütün bu imkanlar faktiki olaraq bir adamın, millət vəkili Səttar Mehbalıyevin əlində cəmlənib. Sumqayıtdan aldığımız məlumatlarda isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Xudaverdi Əliyevin İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri olduğu vurğulanır. Məlumdur ki, bu gün ölkədə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta aylıq maaşı 100 manatdır, həmkarlara qoşulmaq üçünsə üzvülük haqqı müəllimin maaşınnın 2 faizini təşkil edir. Demək orta məktəb müəllimlərinin həmkarlara ödədiyi məbləğ ayda azı 340.000 manatdır. Bir il ərzində isə bu vəsait 4 milyon 80 min manat edir. Nə vaxtsa bu pulla müəllimlər müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə həmkarlara yığılan pullar guya ki, elə müəllimlərin “bülleten” pullarının ödənməsinə sərf olunur. Təəssüflər olsun ki, vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə yaradılmış nəhəng bir ictimai qurumu korrupsiyada ittiham və ifşa etmək elə də asan məsələ deyil. AHİK-nın korrupsiya mexanizmi isə hər bir vətəndaşın işə götürüldüyü andan fəaliyyətini bir qədər də genişləndirir. Digər tərəfdən də ekspertlər hesab edirlər ki, bu gün AHİK yalnız nəzəri sürətdə mövcuddur, onun real fəaliyyəti yoxdur. Əlbəttə ki, bu iddia təşkilata gələn maliyyə axınlarına aid deyil. Xatırlayırsınızsa bir müddət əvvəl öz müsahibələrinin birində AHİK sədri Səttar Mehbalıyevin məhz AXC hökuməti vaxtında təşkilata sədr seçildiyini xatırladan hüquq müdafiəçisi M.Qəhrəmanlı olduqca dəyərli arqumentlər də ortaya qoymuşdu. Məhz AHİK-in həmkarlar təşkilatları olan müəssisələrdə 25 ölüm hadisəsinin olduğunu bildirən hüquq müdafiəçisinin dediyinə görə, rəsmi həmkarlar fəaliyyətsizdir və fəhlələr onları məhkəməyə verməlidirlər, çünki həmkarlar komitəsi olan təşkilatlarda işçilərin müdafiəsi təşkil olunmadığı halda, həmkarlar yalnız üzvlük haqqının yığılması ilə məşğuldur...