BolgeXeber.Com » BÖLGƏ TV » İki qurumun arasında qalan Sabunçu sakininin evi uçmaq üzrədir (VİDEO)

İki qurumun arasında qalan Sabunçu sakininin evi uçmaq üzrədir (VİDEO)

5-03-2015, 09:06
Oxunub: 2 447 İki qurumun arasında qalan Sabunçu sakininin evi uçmaq üzrədir (VİDEO)Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yaşayanların evləri sürüşmə təhlükəsilə üz-üzədir. Sakinlər deyir ki, bu vəziyət illərdir davam edir. Həmin ünvanda yaşayan Fuad İsmayılovun iddiasına görə, uçquna səbəb 33 il əvvəl burda dəmiryol xəttinin dəyişdirilməsilə əlaqədar qazıntı işlərinin aparılması olub. Həmin vaxt aparılan qazıntı işləri ərazidəki iki fərdi yaşayış evini qəzalı vəziyyətə salıb.

Ailələrdən biri artıq evini tərk edib. Digəri isə evlərinin uçmaması üçün tədbirlərin görülməsini istəyir. Son zamanlar ərazidə sürüşmə daha da aktivləşib. Toraq qatı demək olar ki, tamamilə aralanıb. Həmçinin kanalizasiya sularının bura axıdılması möcud vəziyyəti daha da çətinləşdirib.

Əslində tikinti işləri aparılan zaman ərazidə torpaq bərkitmə işlərinə də başlanılıb. Bir neçə beton sıvaylar vurulub. Amma dəymiryolunun çəkilişi dayandırıldığından həmin işlər də yarımçıq saxlanılıb.

İsmayılovlar ailəsi vəziyyətlə bağlı ümidləri gələn bütün qurumlara müraciət edib. Məktublarına cavab olaraq əraziyə baxış da keçirilib. Amma heç bir iş görülməyib. Çünki problemlemin həlli o qədər də asan deyil. Sabunçu rayon icra nümayəndəliyinin baş mühəndisi Arif Əmrahov bildirdi ki, sürüşməyə səbəb dəmiryolu xəttinin çəkilməsi üçün aparılan qazıntı işləri olduğundan problemin həlli üçün də “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılır.

“Ərazidə bərkitmə işləri aparılmalıdır. Bu işləri isə məhz “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılmalıdır. Bu barədə rayon icra hakimiyyətinə məlumat verilib və problemdən xəbərdardılar. Yaxın vaxtlarda rayon icra hakimiyyəti “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə bir araya gələrək bu işləri həll edəcəklər”, - deyə Sabunçu qəsəbə nümayəndəliyinin mühəndisi Arif Əmrahov qeyd edib.

Qurum rəsmisi bildirdi ki, danışıqların nəticəsi olara ərazidə yarımçıq çəkilmiş beton sıvaylar sona qədər davam etdiriləcək və evlərin sürüşmə təhlükəsinin qarşısı alınacaq. Ümid edək ki, görüləcək işlər vaxtında həyata keçirilər və heç bir bədbəxt hadisə yaşanmaz.ans