BolgeXeber.Com » Sosial » Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar

Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar

6-03-2015, 09:07
Oxunub: 3 670 Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlarƏyləncə mərkəzində əylənə bilməyən millət... Bu sahə ilə bağlı yaranmış durumu ifadə edəcək başqa söz tapa bilmədim

Mövzuya xüsusilə bayram ərəfəsində toxunmaq ehtiyacı gördüm. Yorğun iş günlərindən sonra hamının istirahətə ehtiyacı var. Var, amma həmin əyləncə mərkəzlərində ürəyimiz istəyincə istirahət edə biləcəyikmi?!

Sözsüz ki, ölkəmiz günbəgün inkişaf edir, hər yer abadlaşır, yeni tikililər, göz oxşayan əyləncə mərkəzləri yaradılır. Bir əsrdən çox yaşı olan Dənizkənarı Milli Park da günü-gündən yeniləşir və inkişaf edir...

Bulvar ərazisində respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsini təmin etmək üçün geniş imkanlar yaradılıb. Əhalinin istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi, kütləvi bayram və şənliklərin, ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon səviyyəli sərgilərin, o cümlədən kütləvi idman tədbirlərinin keçirilməsi üçün gözəl şərait mövcuddur. Sözsüz ki, dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulan tədbirlər əsasən Milli Parkda reallaşdırılır.Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar

Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar


Bunları dana bilmərik, amma..

Əmmasını bulvara, eyni zamanda əyləncə mərkəzlərinə ən azı bircə dəfə baş çəkərək “soyulan” vətəndaşlarımız daha yaxşı bilir.

Söhbət bulvarla yanaşı, “Park Bulvar”, “MetroPark”, “Meqafun”, “AygünCity”, “MeqaCity” kimi ölkədə brend adı alan əyləncə və ticarət mərkəzlərindən də gedir. Məsələ burasındadır ki, sözügedən məkanlarda müştərilərə təqdim edilən xidmətlərin qiymətləri həddindən artıq şişirdilir.

Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar

Təbii olaraq əyləncə üçün təklif edilən xidmətlərin bahalığı ayrıca müzakirənin mövzusudur. İndi söhbət açmaq istədiyimiz məsələ həmin mərkəzlərdə təqdim edilən qida məhsularının bahalılığıdır. Xüsusilə də dolların manata nisbətdə məzənnəsinin bahalaşması sahibkarlara əla fürsət verib.

Adi bir misal bəs edir ki, dediklərimizi sübut edək. Bu gün müxtəlif şirkətlər tərəfindən yarım litrlik plastik şüşədə qablaşdırılaraq bazara çıxarılan qazlı və qazsız suyun qiyməti hətta manatın devalvasiyasından sonra da ölkə üzrə 20 qəpikdən baha deyil.

Dənizkənarı Milli Parkda, eləcə də adı çəkilən ticarət və əyləncə mərkəzlərində isə yarım litrlik həmin sular 1 manatdan ucuz satılmır. İlk dəfə bu halla qarşılaşanda həmin məkanlarda satılan suyun qeyri-adi dada malik olduğunu, buz bulaqlardan doldurularaq istehlakçılara təqdim edildiyini düşünürsən... Amma məsələdən hali olanda görürsən ki, həna o hənadan deyil...

İlin fəsillərindən asılı olmayaraq hər zaman tələbat olan adi sular, “Sprite”,“Pepsi”, “Fanta”, “Coca-cola” kimi sərinləşdirici içkilər üzərində göstərilən qiymətdən tamamilə fərqli qiymətə satılır.

İstirahət üçün getdiyiniz məkanda bir az gəzdikdən sonra susayaraq sərinləşdirici içki və ya çay içmək istəməniz qaçılmazdı. Çay dəstgahlarının qiyməti isə yanında təklif edilən şirniyyat və çərəzlərin çeşid bolluğuna görə dəyişir. Ən yaxşı halda qənd, konfet, xurma ilə sifariş verdiyiniz çay dəstgahı 10-15 manatdan ucuz olmayacaq. Qəribəsi də budur ki, elə kafelər var özlərindən qaydalar tətbiq edirlər, məsələn, çayın yanında təklif edilən hansısa şirniyyatdan imtina edə bilməzsən.

Bizdən bir məsləhət. Əgər büdcəniz deyilənləri reallaşdırmağa imkan vermir və hökmən əylənmək üçün bu məkanları seçəcəksinizsə, çalışın, bu cür məkanlara gedəndə ən azından evdən tox çıxın.

Onsuz da mənşəyi bilinməyən ətlərdən hazırlanan, alıcı cəlb etmək üçün tullantı tərəvəzlərdən düzəldilən müxtəlif çeşiddə bəzəkli yeməklər, salatlar, sağlamlıq üçün zərərli olan içkilər kifayət qədər baha qiymətə təklif edilir.

Sağlamlığa zərəri barədə kifayət qədər danışılan, amma yenə də ən çox sifariş edilən dönərlər adi dönərxanalarda 1 manat 50 qəpiyə satılmasına baxmayaraq, “arzuolunan” məkanlarda çeşidindən asılı olaraq 3 manatdan başlayır, hətta 20 manata qədər gedib çıxır. Salatlar da çeşidindən asılı olaraq 3- 5 manat arasında dəyişir. Təklif edilən porsiyalar o qədər az olur ki, bir növ salatdan doymaq üçün ən azı 2-3 dəfə sifariş verməlisən. Keyfiyyətə gəldikdə, çox aşağıdır.Bakının məşhur əyləncə mərkəzlərində müştəriləri soyurlar

Sözügedən məkanlarda bir “şüar” var, sadəcə bəzək bolluğu ilə müştəri gözünü oxşamaq və bununla da onun cibinə girmək. Daha çox müştəri cəlb etməyə nail olan məkanlarda isə uzun-uzadı növbələr, aşağı səviyyəli xidmət “göz oxşayır”.

Onsuz da kifayət qədər baha olan hər şeyin qiyməti indi manatın dəyərdən düşməsi ilə, necə deyərlər, kəlləçarxa çıxıb. Məndən bir təklif, heç olmasa bu bayramda kiminsə cibi üçün çalışmayın! Bayramı elə öz evinizdə ailə üzvlərinizlə birgə süfrə arxasında qeyd edin. Təbii, əgər süfrəni bəzəməyə imkan olsa...