BolgeXeber.Com » BÖLGƏ TV » Kəbirə Məmmədovaya məxsus olduğu bildirilən avtobus da qəza törətdi - VİDEO

Kəbirə Məmmədovaya məxsus olduğu bildirilən avtobus da qəza törətdi - VİDEO

6-03-2015, 09:58
Oxunub: 11 141 Kəbirə Məmmədovaya məxsus olduğu bildirilən avtobus da qəza törətdi - VİDEO193 saylı marşrut avtobusunun sürücüsü yol hərəkəti qaydasını pozub və qəza törədib

BOLGEXEBER.COM bildirir ki, avtosfer.az-ın məlumatına görə, "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları ilə qeydə alınan bu yol qəzası Bakının "Azneft" meydanında baş verib. Videodan da göründüyü kimi, 193 saylı marşrut avtobusu dairədə hərəkətdə olarkən sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxır və qəza baş verir.

Qeyd edək ki, 193 saylı marşrutun "Binə" ticarət mərkəzinin direktoru Kəbirə Məmimədovaya məxsus olduğu bildirilir. Son illər ən çox narazılıq olan marşrutlardan biri də məhz 193 saylı marşrutdur. Bu marşrutdakı avtobusların əksəriyyətinin aylarla ödənilməyən cərimələri də var.