BolgeXeber.Com » Dünya » İŞİD özünün 11 komandirini edam elədi

İŞİD özünün 11 komandirini edam elədi

6-03-2015, 10:32
Oxunub: 3 119 İŞİD özünün 11 komandirini edam elədiİraqda İŞİD terror qruplaşmasının silahlıları satqınlıqda ittiham elədikləri 11 komandiri edam ediblər. Musavat.com-un məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər yayıb.
Xəbərdə bildirilir ki, İŞİD-in təxminən 150 silahlısı, o cümlədən 11 komandir hökumət qüvvələrinin hücumu nəticəsində Tikritdən qaçıblar. Bu səbəbdən qurum başçılarının qəzəbinə tuş gəliblər.
Hazırda şəhər uğrunda döyüşlər davam edir. İraq hərbi komandanlığı Tikritin azad edilməsi uğrunda əməliyyatların uğurla davam etdiyini və tezliklə ordunun şəhəri İŞİD-çilərdən təmizləyəcəyini bəyan edib.