BolgeXeber.Com » Bölgə » Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO

6-03-2015, 12:12
Oxunub: 2 963 Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTOXeyriyəçilik, yaxşı əməl, mənəvi saflıq bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdir

Humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır.
Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir.
Son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun füzulililərə diqqət və qayğısı başqa sahələrdə də özünü göstərir. Fond füzulili körpələri də yadından çıxarmır. Hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində ən müasir standartlara cavab verən iki mərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsindədir.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bağçanın fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə yerində tanış olmaq məqsədilə körpələr evində olub.
İkimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar yaradılıb, uşaqların istirahəti üçün geniş imkanlar mövcuddur. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
Alı Alıyev bağçanın kollektivi ilə söhbətində bildirib ki, əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Ulu öndərin irsinin daşıyıcısı olan Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər məhz bu inamla yaşayır və işləyirlər. Füzulililər fəxr edir ki, Mehriban xanım Əliyeva harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!
Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.
Bağçanın kollektivi füzulililərə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn 8 mart qadınlar bayramı və Novruz bayramı münasibəti ilə uzun ömr, cansağlı, ailə səadəti arzulayıblar.
Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Bala Bəhmənli kəndində tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaqdır. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.
BOLGEXEBER.COM
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO
Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı-FOTO