BolgeXeber.Com » Xəbərlər » Kərəm Həsənov 697 manata "QAZ-31" satır

Kərəm Həsənov 697 manata "QAZ-31" satır

6-03-2015, 12:19
Oxunub: 4 946 Kərəm Həsənov 697 manata "QAZ-31" satırƏmlak Məsələləri Dövlət Komitəsi martın 31-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb

Bu barədə oxu.az-a komitədən məlumat verilib.

Məlumata görə, hərracda 4 ədəd 2007-ci il istehsalı olan “Chevrolet Epica” start qiyməti 3604 manat olmaqla satışa çıxarılacaq. O cümlədən hərracda 2004-cü il istehsalı olan “Mercedes Benz S 350” 5101 manata, 2006-ci il istehsalı olan “BMW 740 Lİ” 9724 manata, 2000-ci il istehsalı olan “Hyundai H-1” 1939 manata satışa çıxarılacaq.

Qeyd edək ki, hərracda ən bahalı avtomobil 2006-ci il istehsalı olan “BMW 760 Lİ”dir. Avtomobilin start qiyməti 11 207 manatdır.

Hərracda həmçinin QAZ markalı avtomobillər də olacaq.

Belə ki, 1996-cı il istehsalı olan "QAZ 31-029" 697 manata (hərracda ən ucuz avtomobil), 1993-cü il istehsalı olan "QAZ 66-11" 1080 manata satışa çıxarılacaq.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.
BOLGEXEBER.COM