BolgeXeber.Com » Bölgə » Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTO

Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTO

6-03-2015, 17:56
Oxunub: 4 811 Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTOTərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Asiman” şadlıq sarayında bayram tədbiri keçirilmişdir

BOLGEXEBER.COM bildirir ki,tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, icra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak etmişlər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qadınları 8 Mart Beynəlxalq Qadınlar Gününün münasibəti ilə təbrik etmiş, qeyd etmişdir ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən rayon rəhbəri qeyd etdi ki, həmin siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyuimizin daha da mohkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.
Rayon rəhbəri xüsusi vurğuladı ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Çıxışında rayon rəhbəri qeyd etdi ki, hazırda rayonumuzda 3486 nəfər qadının müxtəlif sahələrdə çalışır. Onlardan 2032 nəfəri təhsil, 605 nəfəri səhiyyə, 269 nəfəri mədəniyyət müəssisələrində çalışırlar. Rəhbər vəzifədə 140 nəfərdən çox qadın çalışır. Milli təhsilimizin inkişafında xidmətilərinə görə 4 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 2 qadın “Tərəqqi” medalı ilə təltif olunub. YAP rayon təşkilatının 5342 nəfər üzvündən 2751 nəfəri qadınlardır.Bundan başqa Tərtərdə 50 nəfər qadın dövlət qulluğunda çalışır,85 nəfər qadın isə bələdiyyə üzvü seçilib ki,onlardan da 10 nəfəri bələdiyyə sədridir.
Sonda rayon rəhbəri bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, sülh, əmin- amanlıq arzulamışdır. Vurğulamışdır ki, Tərtər qadınları, həqiqətən qəhrəmandırlar. Çünki düşmənlə üz-üzə göz-gözə yaşayır və işləyirlər.
Tədbirdə çıxış edən “Kür” ansambılının rəngarəng musiqi nömrələri alqışlarla qarşılandı. Azərbaycanın Milli qəhrəmanı Vəzir Orucovun anası Mahı nənə, şəhid anası Tərlan Əsədova, Əlil Qadınlar Cəmiyyətinin sədri Tükəzban Əliyeva, ağbirçək xanım Sofiya Həsənova, şairə Nubar Mədətova çıxış edərək öz ürək sözlərini bildirdilər. Sonra rayon polis şöbəsinin rəisi Rauf Məcidov, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin müdirləri Aydın Qarayev, Yaşar Hüseynov, Gündüz Mürsəlov qadınları təbrik etdilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular. Şəhid anaları, ağbirçəklər də unudulmadılar. Tədbir şən və yaddaqalan oldu.

BOLGEXEBER.COM
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTO
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTO
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTO
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi-FOTO