BolgeXeber.Com » Siyasət » Nemtsovun sensasion Ukrayna hesabatı apreldə dərc olunacaq

Nemtsovun sensasion Ukrayna hesabatı apreldə dərc olunacaq

15-03-2015, 12:26
Oxunub: 3 623 Nemtsovun sensasion Ukrayna hesabatı apreldə dərc olunacaqBoris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq

Bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib.

Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.

İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.

Bundan əvvəl İlya Yaşin Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.