BolgeXeber.Com » Sosial » Bayram günlərində rayona gedənlərin DİQQƏTİNƏ

Bayram günlərində rayona gedənlərin DİQQƏTİNƏ

18-03-2015, 12:49
Oxunub: 3 259 Bayram günlərində rayona gedənlərin DİQQƏTİNƏBayram günlərində rayonlara gedənlərin sayının çox olduğunu nəzərə alaraq Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Pols İdarəsi sürücülərə xəbərdarlıq etdi

Məlumata görə, mart ayının 10-dan başlayaraq Nəqliyyat Nazrliyi gücləndirilmiş iş rejiminə keçib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, əgər ehtiyac olarsa əlavə 30- 4 0 avtobusun da reysə buraxılması mümkündür. Namiq Həsənov həmçinin qeyd etdi ki, sürücülərə yollarda ehtiyatlı olmağı məsləhət görür. Çünki bayram günlərində sürücülər daha çox uzaq yola çıxırlar yəni, rayonlara üz tutular.
Həmçinin Baş Dövlət Yol Polis İdarəsi Respublikasının avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq sürücüləri yollarda daha da ehtiyatlı olmağa çağırıb. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə dedi ki, hərəkət iştirakçıları yol hərəkətı qaydalarına ciddi riayət etsinlər. Xüsusilə sürücüləri bayram günlərində sərxoş halda sükan arxasında əyləşməsinlər. Rayonlara səfərə çıxanlara isə müəyyən edilmiş sürət həddinə diqqət etsinlər.
Gücləndirilmiş iş rejimi martın 28-dək davam edəcək.
BOLGEXEBER.COM