BolgeXeber.Com » Dünya » Fransada sərnişin təyyarəsi qəzaya uğradı – Sağ qalan yoxdu

Fransada sərnişin təyyarəsi qəzaya uğradı – Sağ qalan yoxdu

24-03-2015, 16:22
Oxunub: 2 952 Fransada sərnişin təyyarəsi qəzaya uğradı – Sağ qalan yoxdu Almaniyanın “Germanwings” hava yollarına aid “Airbus” A320 tipli sərnişin təyyarəsi Fransada qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Barselona - Düsseldorf reysi ilə uçan təyyarədə 142 sərnişin və 6 ekipaj üzvü olub.

Təyyarənin Barcelonette şəhərinin yaxınlığında düşdüyü bildirilir. Fransanın Daxili İşlər Nazirliyi “Airbus” qırıntılarının aşkar edildiyini açıqlayıb. Qəza yerinə xilasedicilərin getdiyi xəbər verilir.

İlkin ehtimala görə, qəzadan sağ çıxan olmayıb. Hadisə yerinə baxış keçirmək üçün Fransanın daxili işlər naziri də yola düşüb.

Fransa prezidenti Fransua Olland da baş verən hadisədən kədərləndiyini və qəza nəticəsində sağ qalmanın inandırıcı olmadığını bildirib.

"Germanwings" hava yolları şirkəti isə rəsmi "Twitter" səhifəsində bəyanat verib: "Təyyarə qəzası ilə bağlı mediada yayılan xəbərlər hələlik öz təsdiqini tapmayıb".

"Airbus" şirkətinin sözcüsü isə qəza ilə bağlı müvafiq araşdırmaların aparıldığını söyləyib.
Onu da qeyd edək ki, təyyarədə olan sərnişinlərin əksəriyyəti Almaniya vətəndaşlarıdır.
Bolgexeber.com