BolgeXeber.Com » Dünya » Bəşər Əsəd nəzarətində olan önəmli şəhəri itirdi - (Video)

Bəşər Əsəd nəzarətində olan önəmli şəhəri itirdi - (Video)

25-03-2015, 10:44
Oxunub: 4 556 Bəşər Əsəd nəzarətində olan önəmli şəhəri itirdi - (Video)Suriyada prezident Bəşər Əsədə aid ordu birləşmələri daha bir şəhəri itirib

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əsəd ordusunun və "Hizbullah"ın nəzarətində saxladığı İdlib şəhəri müxaliflərin əlinə keçib.

Yayılan məlumatlarda şəhərin Suriya müxaliflərinin birləşdirici yeni silahlı qrupu olan "Fəth Ordusu" tərəfindən ələ keçirildiyi bildirilir. Səhər saatlarından başlayan döyüş tam 12 saat davam edib və axşam saatlarında müxaliflər şəhərin mərkəzinə daxil olub.

İdlibin ələ keçirilməsini əks etdirən və Türkiyə mətbuatının yaydığı video görüntülərdən birini təqdim edirik: