BolgeXeber.Com » Dünya » Poroşenko Kolomoiskini istefaya yolladı

Poroşenko Kolomoiskini istefaya yolladı

25-03-2015, 12:40
Oxunub: 2 925 Poroşenko Kolomoiskini istefaya yolladıDnepropetrovsk qubernatoru İqor Kolomoisky vəzifəsədən azad olundu

Ukrayna prezidenti Petro Poroşenko ölkənin ən böyük regionlarından olan Dnepropetrovskinin qubernatoru, oliqarx İqor Kolomoiskini vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.

İ.Kolomoiski əvvəl qubernatorluq vəzifəsindən istefası barədə ərizə verib. Dnepropetrovsk Luqansk və Donetsk regionlarının yaxınlığında yerləşir.

P.Poroşenko və İ.Kolomoiski vaxtilə müttəfiq olublar və ötən gün görüşüblər. Sonra dövlətin nəzarətində olan iki enerji şirkəti, "UkrTransNafta" və "Ukrnafta"ya nəzarət uğrunda mübarizə aparıblar. Lakin Ukrayna parlamentinin qəbul etdiyi qanunla İ.Kolomoiskyinin bu şirkətlərdə səhmdar payı azaldılıb.(ans)