BolgeXeber.Com » İdman » Millimizin ilk qələbəsi, İtaliya son dəqiqələrdə qurtuldu-VİDEO

Millimizin ilk qələbəsi, İtaliya son dəqiqələrdə qurtuldu-VİDEO

29-03-2015, 11:52
Oxunub: 4 183 Millimizin ilk qələbəsi, İtaliya son dəqiqələrdə qurtuldu-VİDEOBu gün Avropa çempionatının seçmə mərhələsində millimiz Malta yığması ilə üz-üzə gəlib.

Seçmə mərhələdə əvvəlki dörd oyundan üçünə Berti Foqtsun rəhbərliyi altında çıxan Azərbaycan millisi bütün görüşləri məğlubiyyətlə başa vurmuşdu. Xorvatiya ilə qarşılaşma isə rüsvayçı yenilgimizlə (0:6) başa çatmışdı ki, Foqts elə həmin matçdan sonra başını götürüb qaçmışdı. Norveçlə görüşə komandanı baş məşqçi kimi Mahmud Qurbanov çıxarsa da, yenə məğlubiyyətdən qaça bilməmişdik.

Malta ilə görüş isə artıq yeni baş məşqçinin - Robert Prosineçkinin millimizin "sükanı arxasında" rəsmi matçlarda debütü olub. Xorvat mütgəxəssisin millimizdəki ilk rəsmi oyunu uğurlu alınıb. Yığmamız maltalıları 2:0 hesabıyla məğlub edib.

Qrupun digər oyununda İtaliya millisi səfərdə Bolqarıstanla matçda məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıb - 2:2. Xorvatiya isə Norveçi darmadağın edib - 5:1.

AÇ-2016-nın seçmə mərhələsi, 5-ci tur

H qrupu

28 mart
21:00. Azərbaycan - Malta 2:0

Qol: Cavid Hüseynov, 4. Dmitri Nazarov, 90.

Baş hakim: Halis Özkahya.
Hakim köməkçiləri: Cem Satman, Ekrem Kan.
Dördüncü hakim: Kemal Yılmaz.
Əlavə köməkçi hakimlər: Mete Kalkavan, Tolqa Özkalfa (hamısı Türkiyə).
Hakim-inspektor: Covanni Bolognino (İtaliya).
UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov.

Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 15. Ruslan Abışov, 8. Eddi İsrafilov, 10. Elvin Məmmədov, 13. Dmitri Nazarov, 18. Coşqun Diniyev, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov.

Baş məşqçi: Robert Prosineçki.

Malta: 1. Hoqq, 2. Karuana, 3. Bezzina, 4. Borq, 5. Aqius, 17, R.Kamilleri, 8. Briffa (k), 11. R.Muskat, 16. Fenekh, 13. Şembri, 19. Effionq.

Ehtiyat oyunçular: 23. Henri Bonello, 12. Yustin Haber, 15. Yurgen Pizani, 6. Rayan Fenex, 7. Mark Şkerri, 14. Konor Borq, 18. Byorn Kristensen, 21. Rayan Kamensuli, 22. Zax Muskat, 9. Jan-Pol Farruca, 10. E.Kohen, 20. S.Pizani.

Baş məşqçi: Petro Qedin.

21:00. Xorvatiya - Norveç 5:1

Qol: Brozoviç, 30. İvan Perişiç, 54. İvitsa Oliç, 66. Şildenfeld, 87. Daniel Pranyiç, 90 - Tettey, 81.

23:45. İtaliya - Bolqarıstan 2:2

Qol: İvelin Popov, 11. İlian Miçanski, 17 - Yordan Minev, 3-avtoqol. Eder, 84.

1. Xorvatiya 5 4 1 0 15-2 13
2. İtaliya 5 3 2 0 8-4 11
3. Norveç 5 3 0 2 7-8 9
4. Bolqarıstan 5 1 2 2 6-7 5
5. Azərbaycan 5 1 0 4 4-11 3
6. Malta 5 0 1 4 1-9 1