BolgeXeber.Com » BÖLGƏ TV » Qusarda 78 yaşlı azərbaycanlı nənədən avtoşou – VİDEO

Qusarda 78 yaşlı azərbaycanlı nənədən avtoşou – VİDEO

31-03-2015, 12:20
Oxunub: 3 541 Qusarda 78 yaşlı azərbaycanlı nənədən avtoşou – VİDEO“Bu maşın mənim dostumdu”.

78 yaşlı sürücü Gülzadə Osmanova düz 21 ildir ki, bu sevimli avtomobilini hər səhər işə salır, 5 dəqiqə də olsa kəndin içərisində dövrə vurub geri qayıdır.

Bolgexeber.com Atv.az-a istinadən xəbər verir ki, uşaqlıqdan maşına həvəsi olan Qusar sakini Gülzadə nənənin avtomobilini alma tarixçəsi də maraqlıdır.

Beləcə avtomobili alan 78 yaşlı qəhrəmanımız yalnız 3 gün Hövsanda dəniz sahilində qohumlarının köməkliyi ilə vura-vura da olsa sürməyi öyrənir.

58 yaşından meylini bu avtomobilə salan Gülzadə nənə avtomobilin içərisini də özünəməxsus zövqlə bəzəyib.

Tez-tez getdiyi uzaq məsafəli yol isə Sumqayıtadı. Deyir səhər tezdən yol boş olanda çıxıram evdən. Yol polisləri də onu tanıyır. 5 övladı, nəvə nəticəsi olan Gülzadə nənə ki, deyir heç kəs inciməsin bu maşın mənim dostumdu. Onu heç ən son model avtomobilə belə dəyişmərəm.