İşdən qovulan məmur: “Oğlumun cəzasını mən çəkirəm”
1-04-2015, 14:57
Oxunub: 4 153
“Övladım özünü yaxşı aparmadı, səhv elədi. İndi də cəzasını mən çəkirəm”
BOLGEXEBER.COM bildirir ki,bunu AzVision.az-a açıqlamasında ötən gün vəzifəsindən azad edilən Zərdab rayonunun icra başçısının sabiq birinci müavini Allahverdi Səfərov deyib.
A.Səfərov işdən oğlunun xuliqanlığına görə çıxarıldığı təsdiq edib: “Mənim işdən çıxmağımda icra başçısının heç bir günahı yoxdur. Cənab prezidentin tapşırığı var ki, dövlət məmurunun övladı özünü yaxşı aparmalıdır. Mənim oğlum isə səhv elədi. Ona görə də bu gün işsiz qaldım”.
Keçmiş məmur əlavə edib ki, övladı günah edibsə, cəzasını da valideyni çəkməlidir:
“Övladın cəzasını valideyn çəkməlidir. Mənim işdən çıxmağıma görə oğlum peşmançılıq çəkir. Bu hadisədən sonra oğlumla söhbət elədim. Ona içkinin törətdiyi hadisələrdən danışdım. Ona içki içməməsi ilə bağlı xəbərdarlıq etdim. Ceyhun özü də evlidir. Bir nəvəm var. Oğlum hazırda işləyir. Hadisə bayram günü olub. Həmin gün Ceyyun sərxoş halda avtomobil idarə edib və tutulub. Oğlum bu əməlinin cəzasını da çəkib”.
Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.
Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb. Ötən gün isə Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər