BolgeXeber.Com » Ölkə » “NİKOİL” bank haqda müdhiş iddialar

“NİKOİL” bank haqda müdhiş iddialar

1-04-2015, 18:47
Oxunub: 5 291 “NİKOİL” bank haqda müdhiş iddialarBakıda bank əməkdaşı qəzada ölüb

BOLGEXEBER.COM tia.az-a istinadən məlumat verir ki, Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq "Daewoo"nun sürücüsü dünyasını dəyişib. Onun “NİKOİL” bankın əməkdaşı olduğu bildirilir. X.İbrahimov bankın problemli kreditlər şöbəsində çalışıb. Araşdırmadan sonra məlum olub ki, bu şöbənin əməkdaşları gecə vaxtı problemli müştərilərə məxsus olan avtomobilləri qovaraq ələ keçirir. Bu hadisə də elə həmin məqsədlə aparılan əməliyyat vaxtı baş verib. Bildirək ki, sözügedən bankın bu əməli ilk deyil. Bir çox müştərilərə qarşı güc tətbiq edən bankın “şillə vuranları” olduğu deyilir. Problemli kreditləri problemlə çözən “NİKOİL” bank indi sanksiyalarla üzləşə bilər.