BolgeXeber.Com » Sosial » Bu gün Azərbaycanın 29 şəhər və rayonunda ilk sınaq imtahanı keçirilir

Bu gün Azərbaycanın 29 şəhər və rayonunda ilk sınaq imtahanı keçirilir

6-04-2015, 10:57
Oxunub: 4 201 Bu gün Azərbaycanın 29 şəhər və rayonunda ilk sınaq imtahanı keçirilirBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ilk sınaq imtahanları keçirilir. Bolgexeber.com xəbər verir ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 343 abituriyent qeydiyyatdan keçib.
Xatırladaq ki, ilk sınaq imtahanları Azərbaycanın 29 şəhər və rayonunda keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar!
Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.
BOLGEXEBER.COM