BolgeXeber.Com » Dünya » Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

16-04-2015, 09:24
Oxunub: 2 604 Bu gün bürcünüz nələr vəd edir?Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız

QOÇ - Yeni əlaqələrə başlamaq, işgüzar sövdələşmələri artırmaq gələcək perspektivləriniz üçün səmərəli ola bilər. Həmkarlarınızla dil tapın, gecəni isə mütləq öz evinizdə keçirin.

BUĞA - Şəxsi işlərinizdə böyük dönüş yaranmaqdadır. Bu səbəbdən də əzmkarlığınızı artırmağa çalışmalısınız. Qohum-qonşularla münasibətləri yaxşılaşdırmağa səy göstərin. Mülayim davranın.

ƏKİZLƏR - Yeni əlaqələrə başlamağa dəyər. Əgər gələcək perspektivlərinizə yetişmək istəyirsinizsə, boş dayanmayın. Onu da unutmayın ki, nəzərdə tutduğunuz planlara mane olmaq istəyənlər çoxdur.

XƏRÇƏNG – Qarşınızda səyahətə çıxmaq üçün ideal bir təqvim durur. Gərginliyi azaltmaq istiqamətində bu, ən yaxşı vasitələrdən ola bilər. Bütün hallarda bu gün qazanmaq üçün şansınız da var.

ŞİR - Yeni əməkdaşlıq üçün uğurlu vaxtdır. Ailə-sevgi münasibətlərində də hər şey zövqünüzlə uyğunluq təşkil edəcək. Günün ikinci yarısında şəxsi büdcənizin artacağı ehtimal olunur.

QIZ - Qərarlarınızda qətiyyətli olsanız, hansısa ciddi maneəyə rast gəlməyəcəksiniz. Bu gün kimisə aldatmağa çalışmayın. Günortadan sonra pul sövdələşmələrində iştirakınız uğurlu olacaq.

TƏRƏZİ - Gün ərzində qarşılaşacağınız hadisələrin aqibəti çıxardığınız qərarlardan birbaşa asılı olacaq. Odur ki, reallığa obyektiv qiymət verməyə, hər şeyi analiz etməyə çalışın.

ƏQRƏB - Saat 14-ə qədər hisslərinizi cilovlayıb mübahisəli situasiya yaratmasanız, sonrakı müddəti qənaətbəxş tərzdə başa vura biləcəksiniz. Çoxdan bəri gözlədiyiniz xəbərlər eşidəcəksiniz.

OXATAN - Vaxtınızın əsas hissəsini məhəbbət amilinə həsr edin. Çünki ulduzların düzümü son vaxtlar sevdiyinizə qarşı soyuqluq etməyinizi bəyan edir. Bu qüsuru aradan qaldırmağa çalışın.

OĞLAQ - Əmin olun ki, bu gün ulduzlar sizi daha çox sevindirəcək. Saat 13-dən sonra bir neçə sürprizlə rastlaşacaqsınız. Odur ki, evdə boş-boşuna oturmayın. Sevin ki, seviləsiniz.

SUTÖKƏN - Yaxşı olar ki, əsas gücünüzü istirahətə həsr edəsiniz. Hər hansı sövdələşmə və ya riskli addımlar mövqeyinizi əks etdirməyəcək. Ən yaxşı variant ürəyinizə yaxın adamlara baş çəkməkdir.

BALIQLAR - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Bir tərəfdən maddi durumunuzda baş qaldıran problemlər, digər tərəfdənsə müttəfiqlərinizin başısoyuqluğu hiddətinizi artıra bilər.
BOLGEXEBER.COM