BolgeXeber.Com » Müsahibə-Reportaj » Hövsanın mərkəzində qurbağa gölü... - FOTO, VİDEO

Hövsanın mərkəzində qurbağa gölü... - FOTO, VİDEO

16-04-2015, 10:19
Oxunub: 5 036 Hövsanın mərkəzində qurbağa gölü... - FOTO, VİDEOHövsan Olimpiya Kompleksinin və «Ballı» Marketin qarşısından keçmək üçün xüsusi qayıqlara ehtiyac var…

Hövsan qəsəbəsində, FHN-nin Təlim-Tədris Mərkəzinin və Hövsan Olimpiya İdman Sarayının qarşısından keçən magistral yol yağmurlu günlərdə keçilməz olur. Burada yaranan su gölməçəsi günlərlə qurumur və ərazidən piyadaların keçməsi qeyri-mümkün olur. Yalnız avtomobillər keçə bilir ki, onlar da yarıya kimi suya yarıyadək bataraq keçirlər. Bu gölməçələrdə isə günlərlə qurbağalar quruldayır.

Burada yerləşən «Ballı» Marketin rəhbərliyinin isə ağlına gəlmir ki, bu gölməçəyə görə marketə kimsə girmir, alver ölür. Deməli, bir saatlıq alver pulundan keçib burada bir drenaj yaratmaq olar ki, şəkildə və videoda gördüyünüz rüsvayçı vəziyyət yaranmasın.
Bizə isə sadəcə, Hövsan bələdiyyəsinin sədrinin və qəsəbə icra nümayəndəsinin yerinə utanıb xəcalət çəkmək qalır.tezadlar.az

Hövsanın mərkəzində qurbağa gölü... - FOTO, VİDEO
Hövsanın mərkəzində qurbağa gölü... - FOTO, VİDEO