BolgeXeber.Com » İdman » Shamkir Chess davam edir-Şəhriyar Məmmədyarov Vladimir Kraminkə qalib gəldi

Shamkir Chess davam edir-Şəhriyar Məmmədyarov Vladimir Kraminkə qalib gəldi

22-04-2015, 11:54
Oxunub: 3 833 Shamkir Chess davam edir-Şəhriyar Məmmədyarov Vladimir Kraminkə qalib gəldiShamkir Chess superturnirində 5 tur arxada qaldı

Bu gün Azərbaycanın tanınmış qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess şahmat superturnirində istirahət günüdür.

Fasilədən öncə dünya çempionu Maqnus Karlsen liderliyə yüksəlib. O, 5-ci turda fransız Maksim Vaşye-Ləqrava qalib gəlib.

Lakin günün əsas nəticəsi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun keçmiş dünya çempionu, rusiyalı Vladimir Kramnik üzərində qələbəsi olub.

5-ci turadək liderlik edən amerikalı Uesli So daha bir keçmiş dünya çempionu – Vişi Ananda uduzub.

Azərbaycanın digər təmsilçisi Rauf Məmmədov ingilis Maykl Adamsla heç-heçə oynayıb. İtaliyalı Fabiano Karuana və hollandiyalı Aniş Giri də sülh bağlayıblar.

5 turdan sonra turnir cədvəli:

1. Karlsen - 4 xal

2. So – 3,5 xal

3. Anand – 3 xal

4-5. Məmmədyarov, Kramnik – hərəsi 2,5 xal

6-9. Giri, Vaşye-Ləqrav, Karuana, Məmmədov – hərəsi 2 xal

10. Adams – 1,5 xal.
BOLGEXEBER.COM