BolgeXeber.Com » Dünya » Məkkədə halal seks-şop açılacaq

Məkkədə halal seks-şop açılacaq

22-04-2015, 19:34
Oxunub: 6 723 Məkkədə halal seks-şop açılacaqMağazada islamın təqdir etdiyi 18 oyuncaq satılacaq.

Dünya müsəlmanlarının müqəddəs şəhəri Məkkədə ilk halal seks-şop açılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə International Business Times məlumat yayıb.

2010-cu ildən Niderlanda El Asira onlayn halal seks-şopun rəhbəri olan Əbdüləziz Aurah deyib ki, artıq yerli rəhbərlikdən buna icazə alıb.

El Asira adını alacaq seks-şopda prezervativlər, yağlar, həmçinin islamın təqdir etdiyi 18 oyuncaq satılacaq.

Əbdüləziz Aurah deyib ki, belə mağazalar ər və arvad arasında seksual münasibətlərin yaxşılaşmasına yardım edir:

“Bizim çeşidlərimizə hissiyyatı artıran və seksual sahədə atmosferi yaxşılaşdıran məhsullar daxildir”, - deyə, mağaza sahibi qeyd edib.

2013-cü ildə türkiyəli iş adamı Haluk Murat Dəmir ölkədə müsəlmanlar üçün ilk internet seks-şopu açdı. Helal Sex Shop adlanan saytda xeyli sayda mal çeşidi təqdim olunub, həmçinin dinə zidd olmayan şəkildə sekslə məşğul necə məşğul olmaq barədə məsləhətlər verilir.