BolgeXeber.Com » Bölgə » “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilib - Tərtərdə

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilib - Tərtərdə

24-04-2015, 19:49
Oxunub: 4 772 “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilib - TərtərdəTərtər rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsi, Gənclər və İdman idarəsi və YAP rayon təşkilatı birlikdə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə aprelin 22-də şəhər 2 saylı məktəb liseydə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirmişdir.

Bolgexeber.com xəbər verir ki, intellektual oyunda 10 məktəbdən 80 şagird iştirak etmişdir. Oyun hər tur 12 sualdan ibarət olmaqla 3 turda keçirilmişdir. Komandalar arasında şəhər 2 saylı məktəb- lisey I yeri, Seydimli kənd tam orta məktəbi II yeri, Şəhər 1 saylı tam orta məktəbi III yeri qazanmışdır.

Şəhər 2 saylı məktəb-liseyin komandası mayın 17-də Mingəçevir şəhərində keçiriləcək “Nə?Harada?Nə zaman?” intellektual oyunda iştirak etmək üçün vəsiqə qazanmışdır.

I,II,III yerləri tutan komandalara rayon təhsil şöbəsi tərəfindən Fəxri Fərman verilmişdir.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəb çempionatı keçirilib - Tərtərdə