BolgeXeber.Com » Siyasət » İlham Əliyev Nepalın Prezidentinə başsağlığı verib

İlham Əliyev Nepalın Prezidentinə başsağlığı verib

25-04-2015, 20:06
Oxunub: 4 348 İlham Əliyev Nepalın Prezidentinə başsağlığı veribAzərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Ram Baran Yadavaya başsağlığı verib.

Başsağlığında deyilir: "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram."