BolgeXeber.Com » Siyasət » Azərbaycan Nepala yardım göndərdi – Prezidentin göstərişi ilə

Azərbaycan Nepala yardım göndərdi – Prezidentin göstərişi ilə

29-04-2015, 15:02
Oxunub: 3 899 Azərbaycan Nepala yardım göndərdi – Prezidentin göstərişi iləBu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb
Prezident İlham Əliyevin göstərişi ilə Nepalda baş vermiş güclü zəlzələ ilə əlaqədar sözügdən ölkəyə humanitar yardım göndərilib.

Bolgexeber.com xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. Ölkə Prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlılar təxliyyə edilərək Vətənə gətiriləcək.