BolgeXeber.Com » Müsahibə-Reportaj » “Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR

“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR

5-05-2015, 18:23
Oxunub: 22 986 “Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLARXətai rayonu, Xudu Məmmədov küçəsində “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən ticarət obyektlərinin sahibləri ərazidə aparılan və aylardır ki, bitmək bilməyən təmir işlərinin onları müflis etdiyini deyirlər.

“Həzi Aslanov” metrosundan Ağ şəhərə yeraltı tunel çəkildiyindən tikinti aparılan sahə hasara alınıb. Xudu Məmmədov və Məhəmməd Hadi küçəsi boyunca 50-dən çox obyekt hasarların arxasında qalıb. Ticarət obyektlərinin önü tam kəsildiyindən mağazalar müştərilərini itirib.

Qeyd edək ki, burada geyim, mebel, telefon və sair malların satış mərkəzləri, eləcə də bankların filialları, valyutadəyişmə məntəqələri yerləşir. Tikintinin ətrafına çəkilmiş hasarla obyektlər arasındakı məsafə təxminən bir metrdir.

Xudu Məmmədov küçəsində yerləşən obyekt sahiblərinin dediyinə görə, beş ilə yaxındır ki, bu proses davam edir: “Burada hasarlanma işləri aparanda etiraz aksiyası keçirdik ki, hasarı bir neçə metr kənardan çəksinlər. Lakin səsimizi eşidən olmadı. O zaman alverimiz də yaxşı gedirdi. İndi hasarla mağaza arasında bir metr məsafə qoyublar, qapını güclə açıb, çölə çıxırıq. Artıq 6 aydan çoxdur ki, heç bir iş aparmırlar. Alıcılıq da çox aşağı düşüb”.

Geyim mağazasının satıcısı Dilarə xanım isə deyir ki, ərazi hasara alınmazdan öncə bura insanların ən çox hərəkət etdiyi yol olub və bu səbəbdən alver də yaxşı gedib: “Buradan gün ərzində yüzlərlə insan gəlib keçirdi, mağazanı görürdülər, gəlib mal alırdılar. Yaxşı da qazanırdıq. Ərtafdakı binalardan mağazaya gəlib- gedirdilər, indi yol bağlandığından 30 metrlik məsafə yüzlərlə metr uzanıb. Alıcılar da dar yollarla gəlməyə tənbəllik edirlər. Nəticədə satışımız azalır. Mağazanın icarə haqqını verdikdən sonra az miqdarda qazancımız qalır. Məcburuq ki, bu gəlirlə kifayətlənək”.

Bəzi satıcılar isə bildirirlər ki, obyekt sahibləri ərazinin hasara alınmasını nəzərə alaraq, icarə haqqında güzəşt ediblər: “Alverimizin zəif olduğunu nəzərə alıb, 1500 manatlıq icarə haqqını 1000 manata endiriblər. Yoxsa, bu neçə ili işləyə bilməzdik”.

Ayaqqabı mağazasının müdiri isə bildirdi ki, 2000 manat icarə haqqı ödəyir: “Bu gün təxminən 150-200 manatlıq alverim olub. Obyekt böyük olduğundan bir neçə satıcı işləyir. Onlarında əmək haqqını da çıxandan sonra heç bir gəlir qalmır. Bunu ticarət adlandırmaq olmaz”.

Bu vəziyyət piyadaların da ürəyincə deyil. Xudu Məmmədov küçəsi də hasara alındığından ensiz yollardan insanlar keçə bilmirlər, qarşı-qarşıya gələnlər bir-birlərinə yol verməli olurlar. Məhəmməd Hadi küçəsində də eyni vəziyyət müşahidə olunur.

Buradakı kafelərin, mebel dükanlarının, bankların və bir sıra obyektlərın önü hasarlanıb. Mebel mağazasının sahibi deyir ki, obyektin qarşısına yük maşınlarının girişi mümkün olmadığı üçün satılan mebelləri mağazadan çıxarmaq müşgül məsələyə çevrilir.

Ərazidə yaşayan sakinlər deyirlər ki, iş həddindən artıq ləng gedir: “Bir də görürsən ki, həftələrlə heç bir iş getmir. Ona görə də, tikinti neçə ildir ki, uzanır. Buradakı insanların rahatlığını isə düşünən yoxdur. Yolumuzu bağlayıb, bizə dar bir cığır veriblər. Bu, nə qədər davam edəcək bilmirik”. musavat.com
“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR
“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR
“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR
“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR
“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR
“Həzi Aslanov” metrosu ətrafındakı obyekt sahibləri müflisləşir - REPORTAJ, FOTOLAR