BolgeXeber.Com » Dünya » Nepalda daha bir güclü zəlzələ

Nepalda daha bir güclü zəlzələ

12-05-2015, 13:35
Oxunub: 2 671 Nepalda daha bir güclü zəlzələNepalda növbəti dəfə güclü zəlzələ baş verib

Yeraltı təkanların gücü Rixter şkalası ilə 7,1 bal olub. Bu haqda məlumatı ABŞ-ın Geoloji xidməti yayaıb.

Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri ölkənin şimalında Namçe-Bazar adlı yerdən 68 km qərbdə, 10 km dərinlikdə olub.

Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 8 min 200 adam həlak olmuş, minlərlə adam yaralanmışdı. Dünyanın onlarla ölkəsi, o cümlədən Azərbaycan Nepala humanitar yardım göndərib.