BolgeXeber.Com » İdman » "Bavariya" qalib gəldi, finala "Barselona" çıxdı-VİDEO
"Bavariya" qalib gəldi, finala "Barselona" çıxdı-VİDEO
13-05-2015, 11:39
Oxunub: 3 962Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib
Baş tutan bir oyunla ilk finalçı müəyyənləşib. Almaniyada "Bavariya" "Barselona"nı qəbul edib. Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Pep Qvardiolanın komandası 3:2 hesablı qələbə qazansa da, bu nəticə kataloniyalıları finala yüksəldib.
Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb - 2:1.