BolgeXeber.Com » İdman » Çempionlar Liqası: “Barselona”nın finaldakı rəqibi “Yuventus” oldu

Çempionlar Liqası: “Barselona”nın finaldakı rəqibi “Yuventus” oldu

14-05-2015, 11:47
Oxunub: 4 508 Çempionlar Liqası: “Barselona”nın finaldakı rəqibi “Yuventus” olduÖtən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir cavab qarşılaşması keçirilib

Virtualaz.org bildirir ki, Madrid “Real”ı “Santyaqo Bernabeu”da “Yuventus”u qəbul edib.

İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn Turin klubu bu dəfə də məğlub olmayıb. Oyunda hesabı penalti zərbəsindən meydan sahibləri açsa da, ikinci hissədə Moratanın vurduğu qol "Yuventus"u finala daşıyıb.

Beləliklə, iki oyunun nəticəsinə görə Çempionlar Liqasının finalına vəsiqə qazanan “qoca sinyora” İspaniyanın digər futbol nəhəngi “Barselona” ilə qarşılaşacaq.

Final oyunu iyunun 6-da Berlinin Olimpiya stadionunda keçiriləcək.

Yeri gəlmişkən, Turin təmsilçiləri Avropanın ən nüfuzlu futbol turnirinin finalında sonuncu dəfə 2003 ildə oynayıb. Həmin oyunda “Yuventus” əzəli rəqibi “Milan”a oyun sonrası penalti seriyasında uduzmuşdu.