BolgeXeber.Com » Sosial » Novosibirskdən Lənkərana reys açıldı

Novosibirskdən Lənkərana reys açıldı

14-05-2015, 16:16
Oxunub: 3 626 Novosibirskdən Lənkərana reys açıldı“Anqara” aviaşirkəti Rusiyanın Novosibirsk şəhəri ilə Lənkəran arasında mütəmadi reyslərə start verib

Ans press-in məlumatına görə, bu barədə Novosibirskin “Tolmaçova” aeraportunun mətbuat xidmətindən bildiriblər.

Yayılan xəbərdə deyilir ki, 14 iyundan etibarən “Anqara” 905/906 marşrutu üzrə “Novosibirsk-Lənkaran (Azərbaycan)- Novosibirsk” birbaşa mütəmadi reysini təşkil edəcək.

Lənkarana uçuşlar 75 yerlik AN-148 təyyarəsi ilə həyata keçiriləcək.

Qeyd olunur ki, gediş-gəliş biletlərinin qiyməti 28 min rubl (588 manat) olacaq.
Bolgexeber.com