BolgeXeber.Com » Dünya » Ata aliment ödəməmək üçün qızını öldürüb

Ata aliment ödəməmək üçün qızını öldürüb

15-05-2015, 18:42
Oxunub: 2 905 Ata aliment ödəməmək üçün qızını öldürübABŞ-ın Kaliforniya ştatında dəhşətli cinayət baş verib

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, 15 il əvvəl adi bir qəza nəticəsində öldüyü düşünülən körpənin öz atası tərəfindən qətlə yetirildiyi məlum olub. Belə ki, 47 yaşlı kişi boşandığı həyat yoldaşına aliment ödəməmək üçün 4 yaşlı qızını 120 metrlik uçurumdan atıb.

Hadisə Ranco Palos Verdes mahalında, 4 yaşlı Lauren Sarene Keyin atası ilə gəzintiyə çıxması zamanı yaşanıb. Əvvəlki həyat yoldaşı Sarh Key Meyerin kişini məhkəməyə verməsi ilə hadisənin qəza olduğu sübut olunub. Onun açılan iki cinayət işində günahsız olduğu bilinsə də, ananın inadı ilə 3-cü dəfə cinayət işi açılıb. Nəticədə istintaq orqanlarının həmin bölgəyə getməsi ilə vəziyyət dəyişib. Araşdırma aparanlar uşağın öz istəyi ilə uçurumun kənarına getməsinin mümkün olmadığı qənaətinə gəliblər.

Ekspertiza nəticələrində uçurumdan yıxılarkən kiçik qızın bədənində cızıqların olmaması da diqqət çəkib. Beləcə atanın 2000-ci ildə ayrıldığı həyat yoldaşına aylıq min dollar aliment ödəməmək üçün qızını uçurumdan itələdiyi sübut olunub. Açılan cinayət içi üzrə keçirilən məhkəmədə ataya ömürlük həbs cəzası oxunacağı gözlənilir.
BOLGEXEBER.COM