BolgeXeber.Com » Dünya » Misirin sabiq prezidenti Məhəmməd Mursiyə ölüm hökmü çıxarıldı

Misirin sabiq prezidenti Məhəmməd Mursiyə ölüm hökmü çıxarıldı

16-05-2015, 16:23
Oxunub: 3 055 Misirin sabiq prezidenti Məhəmməd Mursiyə ölüm hökmü çıxarıldıMəhkəmə Misirin sabiq prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmü çıxarıb

Bu barədə BOLGEXEBER.COM TASS-a istinadən xəbər verir.

Qahirə məhkəməsi ona və “Müsəlman qardaşlar” təşkilatının bir sıra liderlərinə iki iş – dövlətə xəyanət və casusluq, həmçinin 2011-ci il yanvar inqilabı zamanı təşkilatın liderlərinin həbsxanadan qaçışı üzrə hökm oxuyub.

Dövlətə xəyanət üzrə işdə M.Mursinin adı çəkilməyib. Onun ölüm hökmünə məhkum edilməsinə səbəb həbsxanadan qaçması olub. Qaçışda adı hallanan 106 nəfər arasında sabiq prezident də olub.