BolgeXeber.Com » Bölgə » Tərtər ağsaqqalları mətbuatda yazılanlara etiraz edir-VİDEO

Tərtər ağsaqqalları mətbuatda yazılanlara etiraz edir-VİDEO

24-08-2015, 11:16
Oxunub: 4 308 Tərtər ağsaqqalları mətbuatda yazılanlara etiraz edir-VİDEO"Tərtər günü-gündən abadlaşır ,gözəlləşir"

Bir müddət əvvəl bəzi mətbu orqanlarda Tərtər rayonu haqda ziddiyətli məlumatlar yayımlanmışdı. Söylənənlərlə razılaşmayan bir qrup sakin mətbuatda gedən bu yazılara öz etirazını bildirir. Onların sözlərinə görə, vaxtaşırı mətbuatda Tərtər rayonu və onun rəhbərliyənə qarşı bu cür məqsədyönlü, qarayaxma xarakterli yazılar dərc olunur .
Mətbuatda gedən böhtan xarakterli yazılara etiraz edən rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev BTV –yə müsahibəsində bildirib ki , Tərtər günü-gündən abadlaşır , gözəlləşir. Rayona gələn qonaqlar da hər zaman məmnunluğunu bildirir.
Eyni zamanda sakinlər də mətbuatda gedən yazılara etirazını bildirir və söylənilənlərin rayondakı reallığı əks etdirmədiyini vurğulayır. Sonda rayon sakinləri ölkə mətbuatına müraciət edərək, Tərtər haqqında hər hansı yazı dərc edərkən reallığı göz önünə almağı və obyektivliyi qorumağı xahiş ediblər.
BOLGEXEBER.COM