BolgeXeber.Com » Bölgə » Tərtərdə növbəti səyyar qəbul-görüş Təzəkənd kəndində keçirilmişdir-FOTO

Tərtərdə növbəti səyyar qəbul-görüş Təzəkənd kəndində keçirilmişdir-FOTO

22-05-2015, 14:58
Oxunub: 3 128 Tərtərdə növbəti səyyar qəbul-görüş Təzəkənd kəndində keçirilmişdir-FOTOCəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də mayın 22-də rayonun Təzəkənd kəndində keçirilmişdir. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Razil Məmmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdı. Bildirdi ki, 205 təsərrüfat, 360 hektar ərazisi olan kənddə 875 nəfər əhali yaşayır.
Səyyar qəbulda iştirak edən sakinlərdən Azər Həsənov, Köçəri Məmmədov, Əmir Məmmədov, Cəmşid Məmmədov, Minarə Mehdiyeva, Əskər Abdullayev və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışdılar.
Sakinlər əsasən içməli və suvarma su təminatının yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Kənd ağsaqqalı Davud İbrahimov isə uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndə mavi yanacağın çəkilişinə başlandığına görə kənd sakinləri adından respublika prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlıq etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərinin yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
Tərtərdə növbəti səyyar qəbul-görüş Təzəkənd kəndində keçirilmişdir-FOTO
Tərtərdə növbəti səyyar qəbul-görüş Təzəkənd kəndində keçirilmişdir-FOTO
Tərtərdə növbəti səyyar qəbul-görüş Təzəkənd kəndində keçirilmişdir-FOTO