BolgeXeber.Com » Bölgə » Bərdədə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müşavirə keçirilmişdir-FOTO

Bərdədə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müşavirə keçirilmişdir-FOTO

22-05-2015, 16:35
Oxunub: 3 694 Bərdədə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müşavirə  keçirilmişdir-FOTO22 may 2015-ci il tarixdə Bərdə rayon Təhsil şöbəsinin konfrans zalında Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlərin iştirakı ilə müşavirə keçirilmişdir

Müşavirəni giriş sözü ilə rayon təhsil şöbəsinin gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə metodisti İsa Abbasov açaraq tədris ili ərzində əldə olunan nəticələrdən danışdı.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Tahir Quliyev çıxış edərək “Şahin” hərbi idman oyunlarının məktəbdaxili yarışların və rayon birinciliyinin nəticələri barədə danışaraq öz tövsiyyələrini verdi. Sonra Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək məktəblərdə şagirdlərin vətənpərvər ruhda tərbiyə olmaları üçün Gənclər və İdman idarəsinin Təhsil şöbəsi ilə birgə həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Daha sonra “Şahin” hərbi idman oyununun məktəbdaxili və rayon birinciliyinin keçirilməsində göstərdiyi təşkilatçılığa görə Təhsil şöbəsinin metodisti İsa Abbasova və “2014-2015 tədris ilinin yekunları” ilə bağlı fərqlənən bir qrup gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlərinə Gənclər və İdman idarəsinin diplomları təqdim olundu.
Sonda Bərdə rayon Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin müəllimi Şamil Abdullayev, H.Məmmədov adına Qarayusifli kənd tam orta məktəbin müəllimi Eldar Quliyev, N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin müəllimi, Qarabağ müharibəsi veteranı Rafiq Qaraşov müəllimlər adından çıxış edərək öz minnətdarlıqlarını bildirdilər və yeni tədris ilində daha yaxşı işləyəcəklərini qeyd etdilər.

BOLGEXEBER.COM
Bərdədə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müşavirə  keçirilmişdir-FOTO
Bərdədə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müşavirə  keçirilmişdir-FOTO
Bərdədə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müşavirə  keçirilmişdir-FOTO