BolgeXeber.Com » Analitika » Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - Fotofakt

Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - Fotofakt

23-05-2015, 09:21
Oxunub: 4 555 Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - FotofaktNecə ola bilir ki, 937 manat maaş alan icra başçısı bir telefona 15 min avro pul verə bilir?

Etatist.com-un elektron poçtuna oxuculardan biri tərəfindən unikal sayıla biləcək foto göndərilib. Foto mayın 20-də Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında çəkilib.

Həmin vaxt yanan binanın qarşısında olan Binəqədi icra başçısı Xaləddin İsgəndərov bir əli ilə göstəriş verir, digər əlində isə telefon tutub, kimləsə danışır. İcra başçısının əlində tutduğu telefon “Vertu Signature Pure Black” markalı telefondur. Etatist.com kiçik bir araşdırma aparıb müəyyən etdik ki, bu telefonu icra başçısı maaşı ilə alına bilməsi mümkün deyil. Belə ki, icra başçısının maaşı 937 manat, telefonun qiyməti isə 15 min avrodur. Necə ola bilir ki, 937 manat maaş alan icra başçısı bir telefona 15 min avro pul verə bilir? Belə çıxır ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov böyük hökmə sahibdir. Ola bilər. Amma bu hökmü, zamanını xərcləyib ən bahalı telefon almaq yerinə, öz vəzifəsinin öhdəsindən gəlsəydi daha yaxşı olmazdımı?
Bu telefon dövlətin icra başçısına verdiyi maaşla alınmayıb.

Bu qədər bahalı telefonun alınmasında 15 nəfərin ölümünə bais olan ucuz və gözdən pərdə asmaq naminə penoplastın qazancının rolu yoxdur? Ola bilər ki, icra başçısının əlavə gəlir yeri var. Amma hər halda insanların acı yaşadığı gün ora 15 min avroluq telefonla gəlməmək də olardı. Ən azından bu addımı atmaq elə də çətin olmazdı.

Ancaq, bu kiçik araşdırmanı apardıqdan sonra onun mövqeyini öyrənmək istəsək də mümkün olmadı. Biz isə suallarımıza cavab tapmaq məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova ilə əlaqə saxlayıb, suallarımızı ona ünvanladıq. N.Allahyarova Etatist.com-a bildirdi ki, o, ümumiyyətlə telefonların dəyərini bilmir:

"Mənim deyə biləcəyim tək bir şey var. Sizə istənilən informasiyanı verə bilərəm. 56 mənzildən 46 mənzil artıq yerləşdirilib, bunların 12-si ponsianatda, 34-ü isə öz istəyi ilə kirayə tutub. Yas mərasimləri davam edir. Hər kəs də burda iştirak edir".

Nuridə Allahyarova deyir ki, icra başçısının telefonu ilə bağlı sual 7-nə qədər ən son eşitmək istədiyi mövzudur. Ancaq icra başçısının özü 15 nəfərin öldüyü fəlakətin səhəri günü 15 minlik telefonla gəldiyinə cavab vermir? İcra başçısı bu sualı cavablandırmamalıdır?

Biz ikinci dəfə ona telefonla bağlı sual ünvanlasaq da cavab ala bilmədik. Ancaq Xaləddin İsgəndərov bu suallara mütləq cavab verməlidir… Ən azından öz ölkəsinin paytaxtında yanan insanlara görə... Axı o insanlar Binəqədidə yaşayırdılar...
Xaləddin İsgəndərov yanan binanın qarşısına 15 minlik telefonla gəldi - Fotofakt