BolgeXeber.Com » Bölgə » Şəkidə canavarlar kəndə hücum edib- 60-dan çox heyvan tələf olub

Şəkidə canavarlar kəndə hücum edib- 60-dan çox heyvan tələf olub

23-05-2015, 12:11
Oxunub: 3 269 Şəkidə canavarlar kəndə hücum edib- 60-dan çox heyvan tələf olubŞəki rayonunda canavarlar kəndə hücum edib

Ötən gecə Qudula kəndində canavarlar Fikrət Məmmədov, Əlövsət Süleymanov, Fikrət İbrahimov və Nemət Əliyevə məxsus şəxsi təsərrüfatlara hücum edərək 60-dan çox xırdabuynuzlu heyvanı məhv edib.

Hadisə ilə bağlı Şəki Rayon İcra Hakimiyyəti başçısının Qudula kəndi üzrə nümayəndəsi Rəşad Cumayev APA-ya bildirib ki, hazırda təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.

R. Cumayevin sözlərinə görə, hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib: “Hazırda idarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş heyvanlar təlimata uyğun məhv ediləcək”.apa