BolgeXeber.Com » BÖLGƏ TV » “Penoplast” bu dəfə yanmadı

“Penoplast” bu dəfə yanmadı

23-05-2015, 12:13
Oxunub: 5 227 “Penoplast” bu dəfə yanmadıBakı sakinləri “penoplast”la üzlənmiş bir bina üzərində təhlükəli eksperiment aparıblar

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtda bir neçə nəfər hazırda yaşayış olan çoxmərtəbəli yaşayış binasının üzərindəki üzlükləri yandırmağa çalışıblar. Eksperiment aparılan binanın Binəqədi rayonunda yanan binadan fərqi burada “penoplast”ların divara yapışdırılmasıdır. Elə sakinlərin bu eksperimentdə də məqsədi budur ki, 15 nəfərin ölümünə səbəb olan binada yanğının hansı səbəbdən güclü olduğunu və tez bir zamanda tamamilə alışdığını praktiki olaraq göstərsinlər.

Videodan göründüyü kimi, divara yapışdırılan üzlüklər yanmır. Çünki üzlüklərlə divar arasında hava boşluğu yoxdur.

Bakıda 2009-cu ildən bəri binaların “penoplast” ilə üzlənməsi sahəsində fəaliyyət göstərən bir şirkətin saytında onun necə vurulması qaydası qeyd olunub. Qaydalara görə, bu üzlüklər kafel-metlak yapışdırıcısı ilə divara tam bərkildilməlidir. Divarla üzlük arasında boşluq, hava keçmək üçün yer olmamalıdır. Bundan sonra həmin üzlüklər istənilən rəngdə boyana bilər.

Bakı meri Hacıbala Abutalıbov da Azadlıq prospektindəki binanın yanğn zamanı qısa müddətdə alovlanmasına “penoplast”ların dəmir arakəmsələrlə divardan aralı vurulmasının səbəb olduğunu deyib.
BOLGEXEBER.COM