BolgeXeber.Com » İdman » “Qarabağ” komandasına qızıl medallar və kubok təqdim edilib

“Qarabağ” komandasına qızıl medallar və kubok təqdim edilib

23-05-2015, 14:33
Oxunub: 3 805 “Qarabağ” komandasına qızıl medallar və kubok təqdim edilibMayın 22-də Topaz Premyer Liqasının XXXV turu çərçivəsində “İnter Arena”da baş tutan “İnter” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi olub

BOLGEXEBER.COM apasport.az-a istinadən bildirir ki, çempionluğu keçən turdan təmin eləmiş Ağdamın “Qarabağ” klubu qızıl, ikinci olmuş “İnter” isə gümüş medallarına qovuşub.

Əvvəlcə gümüş medalçı “İnter”in futbolçularına medalları təqdim olunub. “Bankir”lərə mükafatlarını AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.

Daha sonra isə podiumdan çempionun keçidi olub. Əvvəlcə futbolçular sıra ilə medallarını PFL prezidenti Ramin Musayevdən alıblar.

Daha sonra isə PFL prezidenti Çempionluq Kubokunu kapitan Rəşad Sadıqova təqdim edib.

Bir neçə gün öncə ölkəmizdə baş vermiş məlum faciəyə görə mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq olmayıb.
BOLGEXEBER.COM