BolgeXeber.Com » Dünya » Aparıcı canlı yayıma alt paltarsız çıxdı - VİDEO

Aparıcı canlı yayıma alt paltarsız çıxdı - VİDEO

29-06-2015, 19:28
Oxunub: 5 333 Aparıcı canlı yayıma alt paltarsız çıxdı - VİDEOAlbaniyada yeni fəaliyyətə başlamış Zjarr TV telekanalı ölkədə qalmaqal yaradıb

Albaniyada yeni yayımlanmağa başlayan “Zjarr Tv”də (Ateşli TV) “360 dərəcə” adlı Xəbərlər proqramını təqdim edən aparıcı geyimi ilə reytinqləri alt-üst edib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı Elyona Pitarka çılpaq bədəni üzərinə yalnız pencək geyinərək xəbərlər buraxılışını təqdim edib.

Reytinq cədvəlində birinci olan “360 dərəcə” yalnız Albaniyada deyil, dünyada da diqqət çəkib.

Tamaşaçıların böyük bir hissəsi, xüsusilə də müsəlmanlar xəbərlərin bu şəkildə təqdim edilməsinə sərt reaksiya göstərib.

Sərt reaksiyalara baxmayaraq, telekanal aparıcının yarıçılpaq xəbər təqdim etməsini davam etdirib. Eyni zamanda kanalın reklam gəlirləri xeyli artıb.
BOLGEXEBER.COM