BolgeXeber.Com » Analitika » Ziya Məmmədovun qardaşına sui-qəsd edildi və Türkiyəyə aparıldı

Ziya Məmmədovun qardaşına sui-qəsd edildi və Türkiyəyə aparıldı

3-07-2015, 21:40
Oxunub: 3 517 Ziya Məmmədovun qardaşına sui-qəsd edildi və Türkiyəyə aparıldıİyunun 30-da Qusar rayonunun Çiləgir kəndində baş verən qətl hadisəsi ilə əlaqədar vəziyyəti pisləşən Nəriman Məmmədovun səhhətində irəliləyiş olmadığı üçün onu müalicə üçün Türkiyəyə aparıblar

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov villasında baş verən qətl hadisəsindən sonra şok keçirib. Hadisədən sonra onun dili tutulub. Vəziyyəti pisləşən N.Məmmədova ilk tibbi yardım Qusar rayon mərkəzi xəstəxanasında göstərilsə də sonradan onu Bakıya aparıblar. Lakin paytaxt həkimləri nazirin qardaşına köməklik edə bilməyiblər. Şokdan çıxa bilməyən N.Məmmədovu məcbur olub Türkiyəyə aparıblar.

Ramiz Vəliyevi öldürən 1967-ci il təvəllüdlü Eynulla Cahangir oğlu Hacıyev hadisə yerindən qaçsa da Qusar rayon polis əmakdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində onu bir gün sonra həbs ediblər.

Rayon sakinlərinin şimal müxbirinə verdiyi məlumata görə, Nəriman Məmmədovun villasında daha əvvəllər qətli törədən şəxsin qardaşı gözətçi işləyib. Lakin bir il əvvəl həmin evdə partlayış baş verdiyi üçün Şəkixan Hacıyev özü və həyat yoldaşı Maral Hacıyeva dünyasını dəyişib. Partlayışda dünyasını dəyişən ailənin oğlu 1992-ci ildə Qarabağda gedən müharibələrdə şəhid olub. Onların ölümündən sonra Eynulla Hacıyev bu işə təyin edilib.

Qusar rayon icra hakimiyyəti başçısının Urva inzibatı ərazi vahidliyinin nümayəndəsi Süliddin İsgəndərovun ANS PRESS-ə verdiyi məlumata görə, Eynulla Hacıyev içki düşkünü olub və ailəsi ilə bu səbəbdən tez-tez münaqişə yaşanıb. Onun baldızı isə evin qulluqçusudur. S.İsgəndərov onu da qeyd edib ki, bu qətlin qisqanclıq zəminində baş verdiyinə inanmır.

Hadisənin isə qısqanclıq zəminində baş verdiyi bildirilir. Əslində Eynulla Hacıyev evin sahibi olan nazirin qardaşını öldürmək istəyib. Lakin səhvən onun qudası Ramiz Vəliyevi öldürüb. Buna səbəb isə evin qulluqçusu ilə yaxınlıq münasibəti olub və qətl də məhz bu səbəbdən namus üstündə törədilib.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov faktı təsdiqləsə də istintaq davam etdiyi üçün əlavə heç bir məlumat verilmədi. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb. Lazımı məlumatlar istintaq başa çatdıqdan sonra veriləcək.
BOLGEXEBER.COM