BolgeXeber.Com » Xəbərlər » Bakının mərkəzində narkoman qadının əməlləri …. (video)

Bakının mərkəzində narkoman qadının əməlləri …. (video)

4-07-2015, 15:36
Oxunub: 5 049 Bakının mərkəzində narkoman qadının əməlləri …. (video)Şəhərin bir çox yerlərində “kley iyləyən” yeniyetmələrin artdığı ilə bağlı məlumat bir müddət mətbuatın diqqət mərkəzində olmuşdu

Lakin sonradan yeniyetməliyin toksikomaniya adlı bu bəlası unuduldu.

Bakının mərkəzində AzNews.az-ın əməkdaşının lentə aldığı bu görüntülər isə məsələnin hələ də aktual olduğunu göstərir.

Sözügedən xəstəliyə düçar olan şəxslərdən bəziləri Yasamal rayonunda, Metronun “Nizami” stansiyasının yaxınlığındakı küçələrdən birində cəmləşiblər. Onlar mağazalarda 10 qəpiyə satılan “super kley”lərdən uyuşdurucu kimi istifadə edirlər. Kadrlardakı qadın isə hər gün ucuz uyuşdurucusunu alır, şəhərin mərkəzində, küçənin ortasında iyləyərək öz dünyasına qapılır. Maraqlısı isə budur ki, küçədə oynayan uşaqlara “örnək” olan qadının bu hərəkətləri aidiyyəti qurumların, sözügedən ərazidə qaynaşan polislərin də gözündən yayınır (?).

Məlumat üçün bildirək ki, Toksikomaniya adlanan bu vərdiş sonradan narkomanlığa gətirib çıxarır. Bu xəstəliklər arasında tibbi-bioloji fərq yoxdur. Bu vərdiş sahibləri arasında daha çox sedavit vasitələr istifadə olunur. Həkimlərin sözlərinə görə, toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə asılılığa gətirib çıxarır.

Yeri gəlmişkən, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda bu kimi hallar öz əksini tapıb. Gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasını həyata keçirəcək bu proqramın icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər Nazirliyinə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
BOLGEXEBER.COM

Qadının küçədə «kley» iylədiyi görüntüləri təqdim edirik: