BolgeXeber.Com » Müsahibə-Reportaj » Təranə Qumral Nazəninin əri ilə intim mesajlarından danışdı: - "Musanın xəbəri var"

Təranə Qumral Nazəninin əri ilə intim mesajlarından danışdı: - "Musanın xəbəri var"

24-07-2015, 15:48
Oxunub: 4 430 Təranə Qumral Nazəninin əri ilə intim mesajlarından danışdı: - "Musanın xəbəri var" "Bizi ayırmaq istəyirlər ki, məni səfil günündə görsünlər"

Son dövrlər adı müğənni Nazəninlə qalmaqallarda hallanan Təranə Qumral və Musa Musayev cütlüyü barələrində gəzən söz söhbətlərə toxunub. Lent.az-ın suallarını cavablandıran cütlük istirahətdən yeni qayıtdıqlarını və barələrində gəzən söz-söhbətlərə əhəmiyyət vermədiklərini deyiblər.

- İstirahətiniz necə keçdi?

- Təranə Qumral: Çox əla. Toylarımız başlayıb, ona görə də istirahətimizə hələlik son vermək qərarına gəldik.

- Musa Musayev: İşlərimiz çox yaxşı gedir, həmd olsun Allaha.

- Məhkəmədə Nazəninə uduzmağınız, haqqınızda mətbuatda yazılanlar əhvalınıza təsir etdi?

- Təranə Qumral: Bizim əhvalı neçə illərdir heç nə pozmur, o ki qalsın nə isə milçək vızıltısı. Məhkəmədə uduzduq. Qarşı tərəf isə əvvəlcədən udacağına əmin idi, nədənsə. Uduzmaq, udmaq boş şeylərdir. Əsas mən həyatda uduzmamışam. Heç kəsin ərini əlindən almamışam, 3-4 uşağı, 5-6 arvadı olan kişidən övlad dünyaya gətirməmişəm. Sevərək ailə qurmuşuq və bugünkü günə kimi də sevgimizə görə mübarizə aparırıq. Biz əl çəkirik, bizdən əl çəkmirlər. (gülür-red)

- Musa Musayev: Bakı balaca şəhərdir. Hər kəs bir-birini yaxşı tanıyır. Vicdanıma and olsun ki, nə Təranə xanım, nə də ki, mən bu günə kimi kiməsə şər-böhtan atmışıq. Əmin olmadan bir şeyi deməmişik. Hər kəs özünü duruluğa çıxarıb, deyə bilər mən təmizəm, safam. Ancaq kişini qadını, qadını da kişisi hər kəsdən yaxşı tanıyır.

- Təranə Qumral: Musa hər gün yanımdadır, gözünün önündəyəm, keçmişimlə də, bugünümlə də... Məni yaxşı tanıyır, kaş elə bəziləri də “xanımım” dediklərini yaxşı tanıyardılar. Ancaq paxıl insanlar üçün mən nə edə bilərəm? Ağ onsuz da qara ləkə götürməz. Əsas hər kəs yanındakından muğayat olsun.

- Musa bəy, mətbuatda son yazılanlar sizə necə təsir etdi?
- Nəyə görə mənə təsir etsin? Təranə xanım bütün günü mənimlədir, birlikdəyik. Yazılanlar da boş söhbətlərdi. Məhkəmə prosesində nə video, nə foto, nə onlar dedikləri kimi “intim mesaj” ortaya çıxmadı ki, mən Təranə xanımın əlini buraxım. Kim nəyi sübut etdi ki? Axı o çıxan qərarın və mesajların bir sürəti də bizim əlimizdə var. Hər şeyi Allah görür. Bizi sıxışdırırlar, ailəmizi ayırmaq, bizi əzmək iddiasındadırlar, amma alınmayacaq. Eybi yox, biz uduzduq, amma faktları ki, dəyişmək olmaz. Həqiqət gün kimi aydındır.

- Təranə Qumral: Qıraqdan yazılanlar, deyilənlər toz olub bizə yapışa bilməz. Bu günə kimi, yel qayadan bir dənə daş da, qoparda bilməyib. Özləri üçün danışırlar da... Üç uşağın atasından nikah kəsdirib, “mənəm-mənəm” deməyin nə mənası var axı? İnsan nə dərəcədə abırsız olmalıdır ki, bayrağı öz əlinə alıb, bu dərəcədə hegemonluq etsin?!

- Məhkəmədə uduzdunuz, ancaq yenə də eyni şeyləri deyirsiz...
- Təranə Qumral: Çünki mən haqlıyam. Mən yalan danışmıram. Biz öz əməyimizlə, toylarımızdan halal qazancımızı qazanırıq, balalarımızı dolandırırıq, nə edək ki... Mən hər şeyi Allahın yanında udmuşam. İnsan nə qədər alçaldıqca alçalar? Nə qədər batdıqca batar? Özünə hörmət edən qadın necə deyə bilər ki, mənim ərim başqasına yazdı, başqasını sevdi, başqasına baxdı. Necə ola bilər axı bu? Deməli sənin özündə olmayanlar başqasında var. Evindəki səni saymırsa, gözü orda-burdadırsa niyə qıcıqlanırsan? Mən müğənniyəm, gündə mənə 50 mesaj gəlir. Mən nə edə bilərəm? Hərənin ağlına nə gəlir yazır, əsas mənim cavablarımdır. Axşam hüquqlarımı müdafiə edən vəkilim mənə xoş sözlər yazıb. Deyirəm ay Vüqar indi o mesajları da intim mesajlar adı ilə “sırıyarlar”. Vəziyyət çox xarab olub (gülür-red)

- Musa Musayev: Allah pis insanlara lənət eləsin. Yanımızda olanlara isə Allah can sağlığı versin.

- Təranə Qumral: Deyirlər məhkəməni udub. Bəs qərarda qarşılıqlı üzr istəmə yazılıb axı... Onun da işçisi məndən üzr istəməlidir. On min manat cəriməni isə təkcə mənə yazıblar. Bəs bu necə ola bilər? Mən narazıyam və mənim haqqımdır ki, apellyasiya məhkəməsinə müraciət edim, edəcəm də. İnanıram ki, dövlətimiz, qanunlarımız hər şeyə bir də nəzər salacaq. Qarşılıqlı təhqirdirsə, necə olur ki, tək mən cərimə ödəməliyəm? Yazırlar Təranənin vəkili işi yarıda tərk edib. Ağ yalandır. Mən ona güvənirəm və o məni sonadək müdafiə edib. Neyləmək olar ki, qarşı tərəf qalib gəlib. Musa mənim yanımda, arxamdadır. İstəyirlər ki, Musanı məndən ayırsınlar, amma alınmayacaq. Açın qulağınızı eşidin ki, bizi ancaq ölüm ayıra biləcək.

- Musa Musayev: Bizim ailəmiz möhkəmdir. Bizi ayırmaq istəyirlər ki, məni səfil günündə görsünlər. Amma Təranə mənim nəfəsim, halal həyat yoldaşımdır, o da yanımdadır. Biz stimulu bir-birindən alırıq. İşimiz bir, ailəmiz birgə niyə bizi ayırmaq istəyirlər, bilmirəm də... Ayırıb, nə əldə edəcəklər, onu da bilmirəm. Ağızlarına gələni danışırlar, Təranə xanım da onları özü oxuyur mənə, deyir, bax nə yazıblar. Musanın hər şeydən xəbəri var, narahat olmayın. Allah o gündən saxlasın ki, mən səbrimi basa bilməyim. Tərbiyələri və səviyyələri o qədərdir. Qərar çıxmadan ağızlarına gələni yazdırıblar. Bu da qərar... Axı orada elə bir şey yoxdur.

- Təranə Qumral: Bu günə qədər susmağımın səbəbi qərarın çıxmağını gözləməyim idi. Bunu da başqa yerlərə yozdular. Heç nə demirəm, hər kəsə Allah öz ürəyincə versin.
Bolgexeber.com